Rusiyada satılan Ermənistan konyaklarında təhlükə aşkarlanıb
sizinxeber.az xəbər saytı

Rusiyada satılan Ermənistan konyaklarında təhlükə aşkarlanıb


Rusiya bazarlarında satılan Ermənistan istehsalı konyakların təqribən 90 faizi sağlamlıq üçün təhlükəlidir.

Sizinxeber.az-nın TASS-a istinadən məlumatına görə, bu barədə “Antikotrafakt” Beynəlxalq Assosiasiyası və Konyak İstehsalçıları İttifaqının birgə hesabatında məlumat verilib.

Bildirilib ki, sözü gedən nəticə Ermənistanda emal edilən 20 ticarət markasından götürülən 200 adda məhsulun analizləri nəticəsində əldə olunub. Müəyyən edilib ki, onların yarısında spirtli içki istehsalı üçün yararsız məhsullardan istifadə edilib, 177 markanın istehsalında isə texniki göstəricilərə əməl olunmayıb.

Hər iki qurumun müştərək hazırladığı hesabatın nəticələri Rusiyanın Baş Prokurorluğuna və digər müvafiq qurumlara göndərilərək, onlardan Ermənistandan daxil olan spirtli içkilərə nəzarətin gücləndirilməsi tələb edilib.

Oxşar xəbərlər

Azərbaycana gətirilən spirtli içkilər üçün aksiz dərəcəsi dəyişib
Qusarda avtomobili narkotik və spirtli içki təsiri altında idarə edən 21 sürücü aşkar olunub
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib
Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşib
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər