Azərbaycana gətirilən spirtli içkilər üçün aksiz dərəcəsi dəyişib
sizinxeber.az xəbər saytı

Azərbaycana gətirilən spirtli içkilər üçün aksiz dərəcəsi dəyişib


Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

APA-nın xəbərinə görə, şampan şərabı üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar 1 litr üçün aksiz dərəcəsi 5,1 manatdan 2,7 manata endirilib.

Denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə), həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirit və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirit üçün aksiz dərəcəsi 1 litr üçün 6 manatdan 6,8 manata, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün aksiz dərəcəsi 1 litr üçün 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün aksiz dərəcəsi 1 litr üçün 12,0 manatdan 12,8 manata qaldırılıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Oxşar xəbərlər

Azərbaycana gətirilən bir sıra spirtli içkilər və tütün məmulatları üçün aksiz dərəcələri artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elektron siqaretlər üçün aksiz dərəcəsi 8 dəfə artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siqaret və alkoqollu içkilərin qiyməti nə qədər bahalaşacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər