İraq Fars körfəzində iki gəmi ilə əlaqənin kəsildiyini açıqlayıb
sizinxeber.az xəbər saytı

İraq Fars körfəzində iki gəmi ilə əlaqənin kəsildiyini açıqlayıb


Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi ilə əlaqə kəsilib, lakin İraq dəniz limanı rəhbərliyi onlardan heç bir təcili yardım siqnalı almayıb.

APA xəbər verir ki, bu barədə İraq Dəniz Limanları Baş Şirkəti məlumat yayıb.

"İraq ərazi sularındakı Dəniz İdarəsi və Xüsusi Axtarış və Xilasetmə Mərkəzləri Boliviya bayrağı altında üzən iki gəmidən heç bir mesaj və ya təcili yardım siqnalı almayıb. Onlar İraq ərazi sularına daxil olmayıblar. Şirkət bildirib ki, Fars körfəzi bölgəsində yerləşən bir neçə limanın təhlükəsizlik orqanlarından, eləcə də iki gəminin sahiblərindən əlaqənin kəsildiyi gəmilərlə bağlı hər hansı məlumatın təqdim edilməsi xahişi ilə məktublar alıb", - məlumatda deyilir.

Oxşar xəbərlər

Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
İraq bayrağı altında üzən supertanker Hörmüz boğazındakı ABŞ blokadasını keçə bilib
Hizbullah İraq hökumətini Suriyaya qoşun göndərməyə çağırıb
S&P: Fars körfəzində 1 000-ə yaxın gəminin iştirakı ilə tıxac yaranıb
Türkiyə SQ İraq və Suriyada 17 terrorçu zərərsizləşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər