Yaponiyada siyasi partiyaların əksəriyyəti imperator ailəsi haqqında qanuna düzəlişi dəstəkləyib
Yaponiyanın siyasi partiyaları taxt-tac varisliyi böhranı risklərinin artması səbəbindən imperator ailəsi üzvlərinin sayının qorunub saxlanılması haqqında qanuna dəyişiklik edilməsi təklifini dəstəkləyib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.
Nümayəndələr Palatasının spikeri Eysuke Mori bildirib ki, 13 siyasi partiya və parlament qrupunun görüşündə onlardan yeddisi qanuna dəyişiklikləri dəstəkləyib. Onların arasında baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyası (LDP) da var. "Kyodo News" qeyd edib ki, yalnız bəzi kiçik müxalifət qüvvələri layihənin əleyhinə çıxış edir.
İmperator evi haqqında qüvvədə olan qanuna əsasən, taxt-tacı yalnız ata xəttində imperator olan kişi miras ala bilər. Qadınlar nikaha daxil olduqdan sonra öz imperator statusunu itirirlər. 66 yaşlı imperator Naruhitonun üç varisi var: onun kiçik qardaşı, vəliəhd şahzadə Fumihito (60 yaş), qardaşı oğlu şahzadə Hisahito (19 yaş) və əmisi şahzadə Hitaçi (90 yaş).
Təklif olunan iki əsas dəyişiklik qadınlara nikaha daxil olduqdan sonra imperator statusunu qoruyub saxlamağa imkan tanıyacaq, həmçinin imperator ailəsinə 11 keçmiş ailə qolundan olan kişiləri övladlığa götürməyə icazə verəcək. Layihə həmçinin qadınların nikaha daxil olduqdan sonra statuslarını saxlamaq və ya ondan imtina etmək istəklərinin nəzərə alınmasını nəzərdə tutur. Eyni zamanda, onların ərlərinin və uşaqlarının imperator ailəsinin üzvü statusu alıb-almayacağı məlum deyil.
LDP qanun layihəsini təkmilləşdirmək və iyunun 10-na təyin edilmiş növbəti iclasda təqdim etmək niyyətindədir. Sənədin cari parlament sessiyasının sonuna qədər (iyulun 17-də başa çatacaq) qəbul ediləcəyi gözlənilir.
Oxşar xəbərlər
“Elektroenergetika haqqında” qanuna dəyişiklik təsdiqlənib
Gürcüstanda 320-dən çox QHT "Xarici agentlər haqqında" qanuna əsasən qeydiyyat üçün müraciət edib
“Sosial xidmət haqqında” qanuna edilən dəyişiklik təsdiqlənib
Tokioda mitinq keçirilir
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Fərid Şəfiyev Çində ŞƏT-ə üzv ölkələrin Beyin Mərkəzləri Forumunda iştirak edib
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
