Zaqatalada leysan yağışları fəsadlar törədib - VİDEO
Zaqatalada yağan leysan yağışları bir sıra fəsadlar törədib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, sentyabrın 25-dən 26-a keçən gecədən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür. Bölgdə daha çox yağıntı Zaqatala və Balakən rayonlarında müşahidə olunub.
Gecə saatlarında Zaqatalanın Yuxarı Çardaqlar, Muxax və Mazıx kəndlərinin inzibati ərazilərinə isə leysan yağışları yağıb. Rayonun Yuxarı Çardaqlar və Muxax kəndlərinin ərazilərinə yağan leysan yağışları səbəbindən kənd daxili çaylarda və yollarda yağış sularından sel yaranıb. Sel suları kəndlərdə bir sıra həyətyanı sahələri basıb, bəzi kənd daxili yolların infrastrukturna ziyan verib. Leysan yağışları səbəbindən rayonun Yuxarı Tala, Muxax, Yuxarı Çardaqlar və Car kəndlərinə elektrik enerjisinin verilməsində bir müddət vasilə yaranıb. Hazırda müvafiq qrum nümayəndələri leysan yağışının törətdiyi fəsadları aradan qaldırmaq istiqamətində ərazilərə cəlb edilib, təmir-bərpa işləri aparır.
Oxşar xəbərlər
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır
Leysan yağışları Şəkinin bir sıra kəndlərində fəsadlar törədib
Daşkəsəndə leysan fəsadlar törədib, elektrik enerjisinin verilişində fasilə yaranıb
Leysan Qərb bölgəsində fəsadlar törədib
Qərb bölgəsində leysan növbəti fəsadlar törədib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













