PUA-ların hücumu nəticəsində Rusiyanın neft infrastrukturu obyektlərində güclü yanğın baş verib
Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində neft infrastrukturu obyektlərində güclü yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yury Slyusar “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində Taqanroq limanında tanker, yanacaq rezervuarı və inzibati bina alovlanıb:
“Taqanroq limanının ərazisində PUA hücumu nəticəsində tanker, yanacaq rezervuarı və inzibati binada yanğın baş verib. İlkin məlumata görə, xəsarət alan yoxdur”.
Rusiya Telegram kanalları və monitorinq resursları gecə boyu şəhərin müxtəlif yerlərində partlayış səslərinin eşidildiyini yazıb. Yerli sakinlər liman və aviasiya zavodu yaxınlığında dron səsləri və partlayışlar barədə məlumat veriblər.
Bundan əlavə, Krasnodar diyarında yerləşən neft bazasının da hücuma məruz qaldığı bildirilir. Hadisə ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunur.
Oxşar xəbərlər
PUA hücumu Rostov vilayətində neft kəmərində yanğına səbəb olub
Rostov vilayətinin daha bir sənaye obyektinə dron hücumu olub
Rusiyanın Rostov vilayətinə dron hücumu nəticəsində iki nəfər ölüb
Rostov vilayətinə PUA hücumu nəticəsində 15 nəfər yaralanıb
Ukrayna Rusiya ordusunun iki hərbi təyyarəsini və “İsgəndər” raket kompleksini məhv edib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
-
Xankəndidəki Mədəniyyət Mərkəzində mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti üçün zəruri şərait yaradılıb - FOTO
-
Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu "persona non-grata" elan edib
-
Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb
-
FHN-in Aran Regional Mərkəzi zona birinciliyi keçirib - FOTO
