PUA hücumu Rostov vilayətində neft kəmərində yanğına səbəb olub
sizinxeber.az xəbər saytı

PUA hücumu Rostov vilayətində neft kəmərində yanğına səbəb olub


Rusiyanın Rostov vilayətinin Çertkovski rayonunda neft kəmərində güclü PUA hücumu nəticəsində yanğın baş verib.

APA xəbər verir ki, bu haqda vilayətin qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusar məlumat verib.

O bildirib ki, ilkin məlumatlara görə, itki yoxdur və şəxsi heyət təxliyə edilib.

"Çertkovski rayonunda kütləvi PUA hücumu nəticəsində neft kəmərində yanğın baş verib. Hadisə yerinə fövqəladə hallar nazirliyinin əməkdaşları cəlb olunub. Şəxsi heyət təxliyə edilib. Hələlik itki yoxdur. Məlumat dəqiqləşdirilir", - Slyusar “Telegram” kanalında yazıb.

Oxşar xəbərlər

Rostov vilayətinin daha bir sənaye obyektinə dron hücumu olub
Ukrayna SQ Rusiyada neft bazasına və yanacaq anbarına hücum edib - YENİLƏNİB
Rostov vilayətində yanğında 6 nəfər ölüb
Bakıda kafedə yanğın baş verib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər