Rusiyanın Rostov vilayətinə dron hücumu nəticəsində iki nəfər ölüb
sizinxeber.az xəbər saytı

Rusiyanın Rostov vilayətinə dron hücumu nəticəsində iki nəfər ölüb


Rusiyanın Rostov vilayətinin Zimovnikovski rayonunda baş verən dron hücumu nəticəsində iki nəfər həyatını itirib.

Sizinxeber.az "TASS"a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Yuri Slyusar məlumat yayıb.

Onun sözlərinə görə, Zimovniki–Remontnoye–Elista avtomobil yolunun yaxınlığında pilotsuz uçuş aparatı avtomobili vurub və nəticədə maşın yanaraq külə dönüb.

Hazırda həlak olanların şəxsiyyəti müəyyənləşdirilir, hadisə yerində müvafiq qurumlar çalışır.

Oxşar xəbərlər

PUA hücumu Rostov vilayətində neft kəmərində yanğına səbəb olub
Ukrayna Rusiyanın Belqorod vilayətinə PUA hücumu edib, iki yaşlı uşaq və anası həlak olub
Ukraynanın Kurska hücumu nəticəsində 3 nəfər həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər