Overçuk Ermənistanın Aİ-yə qoşulmaq istəyinə münasibət bildirib: Avropadakı kimi olmaq istəyirsənsə, qiymətlər də  Avropanınkı kimi olmalıdır
sizinxeber.az xəbər saytı

Overçuk Ermənistanın Aİ-yə qoşulmaq istəyinə münasibət bildirib: Avropadakı kimi olmaq istəyirsənsə, qiymətlər də Avropanınkı kimi olmalıdır


"Əgər Avropadakı kimi olmaq istəyirsinizsə, qiymətləriniz Avropanınkı kimi olmalıdır".

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına qoşulmaq istəkləri haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, eyni vaxtda Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqında olmaq mümkün deyil. "Gec-tez iki birliyin hüquqi normativ bazaları kəskin ziddiyyətə girəcək", - o deyib.

Overçuk qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulduqdan sonra ucuz qaz da daxil olmaqla bütün iqtisadi güzəştləri paket kimi alıb.

"İttifaqdan imtina avtomatik olaraq bu endirimləri ləğv edəcək. İrəvanın 180 milyon əhalisi olan Aİ bazarına maneəsiz çıxışı, üstəgəl İranla azad ticarət müqaviləsi var. Qərbdə buna bərabər alternativ tapmaq mümkün olmayacaq. Aİ standartlarına keçid Ermənistan üçün həyat səviyyəsinin aşağı düşməsinə, istehsalın azalmasına və enerji tariflərinin kəskin artmasına səbəb olacaq", - Overçuk əlavə edib.

Overçuk eyni zamanda Rusiyanın Ermənistanın ittifaqdan çıxmasını istəmədiyini, lakin bunun nəticələri barədə açıq şəkildə xəbərdarlıq etdiyinu bildirib.

"Əgər Rusiya ilə ittifaqda olmaq istəmirsinizsə, niyə bu ittifaqın sizə verdiyi üstünlüklərə güvənirsiniz? Hər şey ədalətlidir. Əgər onlar Avropadakı kimi olmaq istəyirlərsə, qiymətlər də Avropa kimi olmalıdır", - deyə Rusiya Baş nazirin müavini vurğulayıb.

Oxşar xəbərlər

Rusiya hökuməti: Ermənistanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqından dəfələrlə azdır
Overçuk: Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq
Rəsmi Moskva: İrəvanın Aİ-yə qoşulması haqqında müzakirəni onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk
Rəsmi Moskva İrəvanın Aİ-yə qoşulması haqqında müzakirəni onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir
Lavrov: Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər