Paşinyan Konstitusiyaya dəyişikliyin mümkün olduğunu bildirib
Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn seçkilərdə xalqın sülh və ya onun olmaması haqda qərar verməli olacağını qeyd edib.
APA xəbər verir ki, bunu Ermənistanın rəhbəri bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Konstitusiyada dəyişikliklərə gəlincə, Paşinyan ehtiyac yaranarsa, dəyişiklik haqda qərar veriləcəyini qeyd edib.
“Əgər ratifikasiya prosesi zamanı Konstitusiya Məhkəməsi sülh sazişinin paraflanmasının Konstitusiyaya zidd olduğunu qərara alarsa, mən şəxsən Konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürəcəyəm. Hazırda buna dair düşünməyə ehtiyac yoxdur, amma bizdə yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi var”, - deyə Paşinyan bildirib.
Oxşar xəbərlər
Paşinyan: Ermənistana yeni konstitusiya lazımdır
Ekspert Onnik Krikoryan: Ermənistan vətəndaşlarının 88 faizi dəyişikliyə qarşı çıxa bilər
Paşinyan Ermənistan Konstitusiyasını şəxsən dəyişdirəcək
Paşinyan: Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, əsas qanuna dəyişiklik ediləcək
Paşinyan Ermənistanın sülhə nail olmaq üçün konstitusiyanı dəyişməyə hazır olduğunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













