Rusiya XİN: Lavrov Rusiya ordusunun Ukraynanın Kiyevdəki hərbi obyektlərinə zərbələr endirməyə başladığını bildirib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki obyektlərinə sistematik zərbələr endirməyə başladığını ABŞ tərəfinə bildirib.
APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
"Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Sergey Lavrov ABŞ tərəfinə rəsmi olaraq məlumat verib ki, rəsmi Kiyevin Rusiya ərazisində mülki şəxslərə və mülki obyektlərə qarşı davam edən terror hücumlarına cavab olaraq, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki obyektlərinə, eləcə də müvafiq qərar qəbuletmə mərkəzlərinə sistematik və ardıcıl zərbələr endirir", - açıqlamada deyilir.
Lavrov və Rubio Hörmüz boğazı və Kuba ətrafındakı vəziyyətlə bağlı diplomatik təşəbbüsləri də qiymətləndiriblər.
Oxşar xəbərlər
Rusiya naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb
Lavrov və Rubio Alyaska görüşünün hazırlıqlarına dair müzakirələr aparıblar
Sergey Lavrov Marko Rubio ilə telefonla danışıb
Lavrov ABŞ dövlət katibinə zəng edib
Lavrov və Rubio Ukraynada vəziyyəti müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
