Lavrov Rusiyanın Kiyevə zərbələri barədə Rubionu məlumatlandırıb
sizinxeber.az xəbər saytı

Lavrov Rusiyanın Kiyevə zərbələri barədə Rubionu məlumatlandırıb


Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Mark Rubio ilə telefon danışığı aparıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Qeyd olunur ki, Lavrov Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Kiyevdə yerləşən və ordunun ehtiyacları üçün istifadə olunan obyektlərə, müvafiq qərar qəbuletmə mərkəzlərinə sistemli və ardıcıl zərbələr endirməyə başlaması barədə məlumatı rəsmi şəkildə Amerika tərəfinə çatdırıb.

"Kiyevdə nümayəndəlikləri olan digər dövlətlərlə yanaşı, ABŞ-yə də öz diplomatlarının və digər vətəndaşlarının Ukrayna paytaxtından təxliyəsini təmin etmək tövsiyə olunub", - bəyanatda deyilir.

Nazir ABŞ-nin təklifi ilə 2025-ci ilin avqustunda Ankoricdə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ali səviyyədə əldə olunmuş razılaşmaların aktuallığını xatırladıb.

Xarici siyasət idarələrinin rəhbərləri, həmçinin Hörmüz boğazındakı böhranın aradan qaldırılmasına dair diplomatik təşəbbüslər və Kuba ətrafındakı vəziyyəti müzakirə ediblər.

"Lavrov və Rubio, məlum fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ-nin bir-birinin ərazisindəki diplomatik missiyalarının iş şəraitinin normallaşdırılması üzrə səyləri aktivləşdirmək barədə qarşılıqlı niyyətlərini təsdiqləyiblər", - bəyanatda qeyd olunur.

Oxşar xəbərlər

Lavrov və Rubio Ukraynada vəziyyəti müzakirə ediblər
Lavrov ABŞ dövlət katibinə zəng edib
Rusiya XİN: Lavrov Rusiya ordusunun Ukraynanın Kiyevdəki hərbi obyektlərinə zərbələr endirməyə başladığını bildirib
Lavrov Rubioya Rusiya ordusunun Ukraynanın Kiyevdəki hərbi obyektlərinə zərbələr endirməyə başladığını bildirib
Rusiya XİN: Lavrov və Rubio Rusiya-ABŞ əlaqələrinin davam etdirilməsini müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər