Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevi təbrik edib
sizinxeber.az xəbər saytı

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevi təbrik edib


Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevi təbrik edib.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və ən dərin ehtiramımı ifadə edirəm.

Azərbaycanın suverenliyinin, milli birliyinin və ardıcıl inkişafının təcəssümü olan bu bayram dövlətçilik ənənələrinə hörməti və sabitliyin möhkəmləndirilməsi, firavanlığın təmin edilməsinə yönəlmiş səyləri əks etdirir.

Azərbaycan Respublikası bütün qarşılıqlı fəaliyyət istiqamətləri üzrə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və olaraq qalır.

Həştərxan vilayəti ilə Azərbaycan arasında formalaşmış dostluq əlaqələrini yüksək qiymətləndirir və regionumuzla çoxşaxəli qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edirəm.

Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və doğma ölkənin daha da inkişafı naminə həyata keçirilən işlərdə yeni nailiyyətlər arzulayıram."

Oxşar xəbərlər

Həştərxanın qubernatoru : Azərbaycan Rusiyanın tərəfdaşı olaraq qalır
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Həştərxan qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
İqor Babuşkin Müstəqillik Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər