WUF13-də Şəhərlər üçün izahlı lüğət təqdim olunub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şəhərlər üçün izahlı lüğətin təqdimat mərasimi keçirilib
"Sizinxeber.az" xəbər verir ki, kitabın tərtibatçılarından biri Şücaət Əhmədzadə lüğətin hazırlanmasında əsas məqsədin şəhərsalma üzrə qlobal müzakirələri formalaşdıran əsas şəhərsalma anlayışları haqqında aydın va sistemli təsəvvürün yaratmaq olduğunu deyib.
"Şəhərsalma Terminlərinin İzahlı Lüğəti" dayanıqlı şəhərsalma, BMT-nin dayanıqlı inkişaf gündəliyi, şəhərlər, yaşayış məskənləri üzrə geniş diskurs zamanı istifadə olunan əsas terminlərin sistemli izahından ibarətdir. Bu lüğət həmçinin praktiki istinad mənbəyi kimi nəzərdə tutulub", - o deyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov isə vurğulayıb ki, lüğətdən bu sahədə çalışan mütəxəssislər və media nümayəndələri yararlana bilər:
"Bu sahədə çalışan, fəaliyyət göstərən mütəxəssislərin, bu ixtisas üzrə təhsil alan tələbələrin və media nümayəndələri də daxil olmaqla bir çoxlarının istifadə edəcəyi faydalı vəsait olacaq. Bu lüğət terminologiyanın vahidləşdirilməsinə, əsas və aktual anlayışların daha düzgün başa düşülməsinə kömək edir".
Oxşar xəbərlər
Anar Quliyev: "Şəhərlər qlobal emissiyaların təxminən 70 %-ini təşkil edir"
BMT-nin iclasında WUF13 müzakirə edilib
Rəşad Əzizov: Azərbaycan UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsindən dayanıqlı inkişaf aləti kimi istifadə etməlidir
Gəncədə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
"Fondation Botnar" WU13-də gəncləri şəhər inkişafında həllərin həmmüəllifi olmağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
