"Real" Erlinq Holannın transferi üçün planlar qurur
İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Mançester Siti"nin hücumçusu Erlinq Holannı transfer etmək barədə düşünür.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, La Liqa nəhəngi ingilis klubunun baş məşqçisi Xosep Qvardiolanın ayrılmasından sonra norveçli futbolçunun transferi üçün fəallaşa bilər.
Mənbənin bildirdiyinə görə, "Kral klubu" rəhbərliyi dünyanın ən güclü hücumçularından biri hesab olunan Holannın klubunu dəyişmək ehtimalını diqqətlə izləyir. İddia olunur ki, Qvardiolanın gedişindən əvvəl də futbolçu komandadakı durumundan narazılığını ifadə edib.
Bununla belə, mümkün transferin reallaşmasının kifayət qədər çətin olacağı qeyd edilir. Belə ki, Holann 2025-ci ilin yanvarında "Mançester Siti" ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşməyə əsasən, o, 2034-cü ilə qədər Premyer Liqa klubuna məxsus olacaq.
Buna baxmayaraq, İspaniyadakı mənbələr baş məşqçi dəyişikliyinin futbolçunun gələcək planlarına ciddi təsir göstərə biləcəyini düşünür. Hücumçu "Mançester Siti"dən ayrılmaq qərarı verəcəyi halda, "Real"ın ona sərfəli şərtlər təklif edəcək.
Oxşar xəbərlər
KİV: Erlinq Holann "Real"ın maraq dairəsindədir
"Mançester Siti" Erlinq Holannın müqaviləsinin müddətini 2034-cü ilədək uzadacaq
"Real" braziliyalı futbolçunun əvəzinə Erlinq Holannı transfer edə bilər
Erlinq Holann "Brendford"la matçı buraxa bilər
Holann İngiltərə Premyer Liqası tarixində ən çox maaş alan futbolçu olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
