Lavrov ABŞ dövlət katibinə zəng edib
ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryusun bəyanatında deyilir.
“Dövlət katibi Marko Rubio bu gün Rusiyanın xarici işlər naziri Lavrovla telefon danışığı aparıb. Rubio ABŞ prezidenti Donald Trampın davamlı sülhə nail olmaq üçün Rusiya və Ukrayna arasında birbaşa danışıqların davam etdirilməsi çağırışını təkrarlayıb”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya-Ukrayna danışıqlarının ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək.
Oxşar xəbərlər
Lavrov və Rubio Ukraynada vəziyyəti müzakirə ediblər
Rubio Lavrova Fransada Ukrayna ilə təmaslar barədə məlumat verib
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub
Lavrov və Rubio telefon danışığı aparıb
Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
