CAR-ın Şərqi Keyp əyalətində daşqınlar nəticəsində yeddi nəfər ölüb
Cənubi Afrika Respublikasının (CAR) Şərqi Keyp əyalətində güclü daşqınlar nəticəsində 7 nəfər ölüb, 13 nəfər itkin düşüb.
“Sizinxeber.az” “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın bəyanatında deyilir.
Məlumata görə, məktəbliləri daşıyan mikroavtobus su axını ilə yuyulub, axtarış-xilasetmə işləri davam edir.
“Bu itkilər bir çox icmaya ciddi şəkildə təsir edən intensiv daşqın fonunda baş verib. Polis hesabatına görə, altı meyit Mtatada Dekolinya kəndi boyunca, yeddinci isə Bedlana çayı yaxınlığında Tsoloda aşkar edilib”, – bəyanatda qeyd olunur.
Mənbənin məlumatına görə, regionda soyuq, güclü yağışlar və daşqınlar müşahidə olunur ki, bu da yol infrastrukturunun əhəmiyyətli dərəcədə zədələnməsinə, sakinlərin yerdəyişməsinə və əsas qurumların işinin pozulmasına səbəb olub.
Oxşar xəbərlər
Konqoda daşqınlar nəticəsində 110-dan çox insan ölüb
Yəməndə daşqınlar 16 nəfərin həyatına son qoyub
Bosniya və Herseqovinada daşqınlar nəticəsində 14 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
