Yəməndə daşqınlar 16 nəfərin həyatına son qoyub
sizinxeber.az xəbər saytı

Yəməndə daşqınlar 16 nəfərin həyatına son qoyub


Yəmənin Mahvit əyalətində daşqınlar nəticəsində 16 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

Mülki müdafiə qüvvələri bir gün əvvəl selin baş verdiyi Malxan ərazisində 16 nəfərin meyitini aşkar edib, hazırda 22 nəfər itkin düşmüş hesab olunur.

Güclü yağışın səbəb olduğu daşqınlar husilərin nəzarətində olan Mahvit və qonşu Hodeyda əyalətlərində dağıntılara səbəb olub.

Oxşar xəbərlər

CAR-da daşqınlar nəticəsində azı 12 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 7 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda daşqınlar nəticəsində azı 24 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigerdə​​ güclü daşqınlar azı 131 nəfərin ölümünə səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigerdə ​​daşqınlar nəticəsində 50-dən çox adam ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər