KİV: Mask Trampın siyasi kampaniyalarını maliyyələşdirməyi dayandıra bilər
sizinxeber.az xəbər saytı

KİV: Mask Trampın siyasi kampaniyalarını maliyyələşdirməyi dayandıra bilər


ABŞ Prezidenti Donald Trampla fikir ayrılığına görə İlon Mask onunla və respublikaçılarla əlaqəli strukturlara 100 milyon dollar köçürmək vədindən vaz keçə bilər.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Nəşrin məlumatlarına görə, bu, 2026-cı ildə Konqresə aralıq seçkilərin nəticələrinə təsir göstərə bilər. Mask artıq Trampın seçki kampaniyasına azı 250 milyon dollar xərcləyib.

Nəşrin məlumatına görə, Mask ABŞ administrasiyasına təzyiq göstərmək üçün öz media resurslarından da istifadə edə bilər. Mask “X” sosial şəbəkəsində siyasi spektrin mərkəzində amerikalıların 80 %-nin maraqlarını təmsil edəcək yeni siyasi partiyanın yaradılması ilə bağlı sorğu yerləşdirib. 4,6 milyon iştirakçının 80 %-dən çoxu bunun lehinə səs verib.

Oxşar xəbərlər

KİV: Mask Trampın siyasi təşkilatına 100 milyon dollar sərmayə qoyacaq
KİV: Mask son iki ildə 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib
Mask Trampın siyasi təşkilatına 100 milyon dollar sərmayə qoyacaq
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
Mask Trampın impiçmentini dəstəkləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər