KİV: Mask son iki ildə 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib
sizinxeber.az xəbər saytı

KİV: Mask son iki ildə 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib


ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Mask son iki ildə ən azı 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə NBC televiziya şirkəti məlumat yayıb.

Nəşrin hesablamalarına görə, bu ölkələrə ABŞ-dən başqa Argentina, Braziliya, Böyük Britaniya, Venesuela, Macarıstan, Almaniya, İsrail, Hindistan, İrlandiya, İtaliya, Niderland, Yeni Zelandiya, Kanada, Rumıniya, Salvador, Türkiyə və Cənubi Afrika Respublikası daxildir.

Vurğulanıb ki, Maskın “Tesla” və “SpaceX”in rəhbəri kimi qlobal şöhrəti, eləcə də 217 milyondan çox izləyicisi olan X səhifəsi sağçı siyasi hərəkatların xeyrinədir. Bundan əlavə, ABŞ prezidenti Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra Mask xarici liderlərə Ağ Evlə daha bir əlaqə kanalı təklif edə bilər.

Oxşar xəbərlər

Mask: Avropa tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
Tramp Maskı görkəmli insan adlandırıb
Bundestaqda Maskın Almaniyanın ultrasağçı partiyasını dəstəkləməsindən sonra araşdırmaya başlanılıb
Mask Orbanın qanunsuz miqrantları Brüsselə göndərmək ideyasını dəstəkləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər