Netanyahu ABŞ-nin daxili təhlükəsizlik naziri ilə Qəzzada müharibənin aparılmasını müzakirə edib
sizinxeber.az xəbər saytı

Netanyahu ABŞ-nin daxili təhlükəsizlik naziri ilə Qəzzada müharibənin aparılmasını müzakirə edib


İsrail Baş naziri Binyamin Netanyahu ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem ilə Qəzza sektorunda müharibənin aparılmasını müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanası məlumat yayıb.

"Netanyahu Yerusəlimdə baş nazirin ofisində ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem ilə görüşüb, o, baş nazirə və İsrail Dövlətinə sarsılmaz dəstəyini ifadə edib. O, Misir sərhədində maneələrin tikilməsi siyasətini və baş nazirin müharibəni aparma tərzini yüksək qiymətləndirib", – bəyanatda deyilir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin əvvəlcədən məlumat verdiyi kimi, Noem ABŞ paytaxtında yəhudi dövlətinin səfirliyinin iki əməkdaşının öldürülməsindən sonra bazar günü İsrailə yollanıb. Mayın 26-da Noemin İsrail xarici işlər naziri Gideon Saar ilə görüşü planlaşdırılır, bundan sonra o, Polşaya gedəcək.

Oxşar xəbərlər

Tramp ABŞ DİN başçısını Vaşinqtonda diplomatların öldürülməsindən sonra İsrailə göndərir
Netanyahu ABŞ-ın daxili təhlükəsizlik naziri ilə Qəzzadakı müharibəni müzakirə edib
ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürülüb
KİV: Netanyahu ABŞ-dən İsrailə qayıdıb
Netanyahu müdafiə nazirinə Qəzzadan raket atəşlərinə sərt cavab verməyi tapşırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle