Meksika Prezidenti ABŞ qoşunlarının ölkəyə yerləşdirilməsi ideyasını rədd edib
sizinxeber.az xəbər saytı

Meksika Prezidenti ABŞ qoşunlarının ölkəyə yerləşdirilməsi ideyasını rədd edib


Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ lideri Donald Trampın ölkəyə Birləşmiş Ştatların qoşunlarının yerləşdirilməsi ideyasını rədd edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

“Xeyr, Prezident Tramp, ərazi toxunulmazdır, suverenlik toxunulmazdır, suverenlik satılmır”, – Şeynbaum paytaxtın Teskoko rayonunda universitetin açılışında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Meksika ilə ABŞ arasında əməkdaşlıq mümkündür, ancaq hər bir ölkə öz ərazisində işləsə.

Mayın 3-də “Reuters” agentliyi ABŞ-nin Meksika sərhədi boyunca yeni hərbi zonanın yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib. Jurnalistlərin məlumatına görə, yeni hərbi zonanın uzunluğu 102 km-dir, Texas və Nyu-Meksiko ştatlarının sərhədlərindən şərqdə, El-Paso bölgəsindəki ərazini əhatə edir.

Oxşar xəbərlər

ABŞ Meksika ilə sərhəd boyu yeni hərbi zona yaratmaq niyyətindədir
Tramp Meksika mallarına rüsumları bir ay müddətinə dayandırıb
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcək
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcəyik
Meksika Prezidenti ABŞ-ni rüsumların fəsadları barədə xəbərdarlıq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər