Azərbaycan ilə Dağıstan iqtisadiyyat və logistika sahəsində yeni layihələri müzakirə edib
Dağıstan rəhbəri vəzifəsini müvəqqəti icra edən Fyodor Şukin respublikanın Bakıdakı nümayəndəsi Əliyar Abdullayevlə işgüzar görüş keçirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dağıstan Respublikası rəhbərinin saytında dərc olunan materialda bildirilib.
Diplomatlar ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən Azərbaycan və Dağıstan arasında ticari-iqtisadi, təhsil, mədəni və işgüzar əlaqələrin inkişafı və möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər.
Yükdaşımaların və əmtəə dövriyyəsinin artmasına kömək edən "Şimal – Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirilib. Prioritet investisiya layihələri sırasında Dağıstanın cənubunda 50 hektar sahədə zeytun bağının salınması və yağ zavodunun tikintisi qeyd olunub.
Bundan əlavə, 2026-cı il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Dağıstan və Azərbaycan şirkətləri arasında bir sıra sazişlər imzalanıb. Xüsusilə, Dağıstan ərazisində müasir aqrobiotexnoloji kompleksin yaradılması barədə razılıq əldə olunub. Həmçinin, Azərbaycandakı iri tikinti layihələri üçün şüşəlifli beton tədarükünə dair "Texno forma SVB" MMC və "Cristal Group" arasında müqavilə bağlanıb.
Görüş iştirakçıları Dağıstan nümayəndə heyətlərinin Əziz Əliyevin 130 illiyinə həsr olunmuş tədbirlərdə iştirakını, o cümlədən Dağıstanın "Ləzginka" Dövlət Akademik Əməkdar Rəqs Ansamblının çıxışlarını ayrıca müzakirə ediblər.
"Azərbaycan bu gün Dağıstanın ən böyük xarici ticarət tərəfdaşlarından biridir. Biz bundan sonra da Azərbaycan-Dağıstan münasibətlərini möhkəmləndirəcəyik və qarşılıqlı faydalı tərəfdaşlığı genişləndirəcəyik", - F.Şukin bildirib.
Oxşar xəbərlər
İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir
Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda iştirak edir
Dağıstan hökumətinə rəhbərlik Məhəmməd Ramazanova həvalə edilib
Ramazanov Dağıstanın Baş naziri vəzifəsinə təsdiq edilib
Azərbaycan Rusiyada aqropark yaradacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
