ABŞ Meksika ilə sərhəd boyu yeni hərbi zona yaratmaq niyyətindədir
ABŞ Meksika sərhədində yeni hərbi zonanın yaradılması təşəbbüsü ilə çıxış edir.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni hərbi zonanın uzunluğu 102 km-dir, Texas və Nyu-Meksiko ştatlarının sərhədlərindən şərqdə, El Paso bölgəsindəki ərazini əhatə edir.
ABŞ hərbçiləri miqrantları və sərhəd pozucularını saxlamaq imkanı əldə edəcəklər, bundan sonra saxlanılanlar sərhəd patruluna və ya digər hüquq-mühafizə orqanlarına təhvil veriləcək.
Xatırladaq ki, aprel ayında Tramp administrasiyası Nyu-Mexiko ilə sərhəd boyunca 440 kvadrat kilometrlik zolağı “milli müdafiə zonası” elan edib.
Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Birləşmiş Ştatlar Meksikaya müdaxilə etmək niyyətində deyil. O qeyd edib ki, ABŞ Meksika ilə münasibətləri pisləşdirmək istəmir və ümid edir ki, bu ölkənin hakimiyyət orqanları kartellərlə mübarizə üçün özləri tədbirlər görəcəklər. Bu yolla onlar həm Meksika, həm də Amerika xalqına kömək edəcəklər.
Oxşar xəbərlər
ABŞ-də Meksika ilə sərhəddə hasarın tikintisinin başa çatdırılma müddəti açıqlanıb
Texas qubernatoru Meksika ilə sərhədə 400-dən çox hərbçi göndərəcək
KİV: ABŞ Meksika sərhədinə "Stryker" zirehli döyüş maşınlarını yerləşdirə bilər
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcək
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
