Tramp Meksika mallarına rüsumları bir ay müddətinə dayandırıb
sizinxeber.az xəbər saytı

Tramp Meksika mallarına rüsumları bir ay müddətinə dayandırıb


ABŞ Prezidenti Donald Tramp Meksika mallarına tətbiq edilən rüsumları bir ay müddətinə dayandırıb.

“Report” xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum “X” sosial şəbəkəsində ABŞ lideri ilə telefon danışığından sonra bildirib.

“Bu andan etibarən ABŞ-də tətbiq olunan tariflər bir ay müddətinə dayandırılır”, - o deyib.

Öz növbəsində Tramp da bu məlumatı “Truth Social” sosial şəbəkəsində təsdiqləyib. O, həmçinin əlavə edib ki, Şeynbaum qeyri-qanuni immiqrasiya və narkotik ticarəti ilə mübarizəni gücləndirmək üçün ABŞ sərhədinə 10 min Meksika əsgərinin yerləşdirilməsi ilə razılaşıb.

“İndicə Meksika Prezidenti Klaudiya Şeynbaumla danışdım. Bu, çox mehriban söhbət oldu və o, Meksika ilə ABŞ arasındakı sərhədə dərhal 10 min meksikalı hərbçi yerləşdirməyə razılıq verdi”, - Amerika administrasiyasının rəhbəri deyib.

Onun verdiyi məlumata görə, bu hərbçilər qanunsuz miqrant axınının dayandırılmasına cavabdeh olacaqlar. Tramp həmçinin vurğulayıb ki, Vaşinqton tərəfdən Meksika ilə gələcək danışıqları Dövlət katibi Marko Rubio, maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Lutnik aparacaq.

Oxşar xəbərlər

Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika ABŞ-yə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika Prezidenti ABŞ-ni rüsumların fəsadları barədə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər