Meksika Prezidenti ABŞ-ni rüsumların fəsadları barədə xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

Meksika Prezidenti ABŞ-ni rüsumların fəsadları barədə xəbərdarlıq edib


ABŞ-nin Meksika mallarına tətbiq etdiyi rüsumların nəticələri Amerika iqtisadiyyatına ciddi mənfi təsir göstərəcək.

"Report"un məlumatına görə, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum “X” sosial şəbəkəsində bildirib.

"Meksikaya tətbiq edilən 25 %-lik tariflərin hər iki ölkə üçün fəsadları var. Onların ABŞ iqtisadiyyatı üçün çox ciddi təsiri var, çünki Meksikadan ABŞ-yə ixrac edilən bütün malların dəyəri əhəmiyyətli dərəcədə artacaq", - Şeynbaum bildirib.

“Necə deyərlər, özlərini ayağından güllələyirlər”, - Meksika lideri əlavə edib. O, həmçinin qeyd edib ki, tariflərdən Meksikaya dəyən ziyan əhəmiyyətli olacaq. Prezidentin sözlərinə görə, Meksika bazarında mövcud olan bir çox şirkət tərk etmək və ya qalmaq barədə qərar vermək məcburiyyətində qalacaq. "Ancaq ABŞ-də işçi qüvvəsi belə yoxdur və orada hər şey daha bahalıdır, onların enerjisi belə yoxdur", - Şeynbaum vurğulayıb.

O, əlavə edib ki, Prezident Donald Trampın ABŞ hökumətinin Meksikaya qarşı iddialarını müzakirə etmək və danışıqlar yolu ilə həll yolu tapmaq üçün iki ölkə arasında işçi qrup yaratmaq təklifinə cavab gözləyir.

Oxşar xəbərlər

Meksika ABŞ-yə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika tarixində ilk dəfə qadın prezident ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika Prezidenti: Dənizlərin necə adlandırıldığını "Google"a izah edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika və Braziliya liderləri ABŞ-nin yeni rəhbərliyi ilə münasibətlərin inkişafına hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər