ABŞ: Çinlə tariflərə dair danışıqları davam etmir
sizinxeber.az xəbər saytı

ABŞ: Çinlə tariflərə dair danışıqları davam etmir


Rəsmi Vaşinqton və Pekin tariflərlə bağlı rəsmi danışıqlar aparmır.

"Report"un məlumatına görə, bunu ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir deyib.

"Hələ yox", - o deyib və Vaşinqtonun Çin ilə ədalətli ticarət mühitini təmin etmək istəyini qeyd edib.

"Mən (çinli - red) həmkarımla bir saatdan çox danışdım, bu, aprelin 2-dən əvvəl idi (aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkədən və ərazidən idxala rüsumların tətbiqini elan etdi - red). Bu, virtual görüş idi, o, mənə konstruktiv göründü", - Qrir əlavə edib.

Onun sözlərinə görə, Vaşinqtonun tətbiq etdiyi tariflər Pekinə zərər vurmaq deyil, Amerika iqtisadiyyatını bərpa etmək məqsədi daşıyır.

Oxşar xəbərlər

Ağ Ev: ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb
Ağ ev: Tramp Çin ilə ticarət sazişinə açıqdır
Tramp: ABŞ və Çinin ticarət sazişi bağlayacağına əminəm
ABŞ-nin ticarət naziri: Cavab rüsumlarını təxirə salmaq niyyətində deyilik
Ottava və Vaşinqton arasında ticarət müharibəsi dərinləşir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər