Ağ ev: Tramp Çin ilə ticarət sazişinə açıqdır
ABŞ Prezidenti Donald Tramp Çin ilə ticarət sazişi bağlamağa açıqdır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt Vaşinqtonun Pekinə qarşı idxal rüsumlarını kəskin artırmasını və cavab tədbirlərini şərh edərkən jurnalistlər üçün mütəmadi brifinqdə bildirib.
“Prezident çox aydın şəkildə bildirib ki, o, Çin ilə sazişə açıqdır”, – Amerika liderinin rəsmi nümayəndəsi söyləyib. “O, nikbindir”, – Livitt Trampı və Çin ilə ABŞ arasında ticarət üzrə razılaşma əldə etmək perspektivlərini nəzərdə tutaraq əlavə edib.
Onun sözlərinə görə, Pekin “cavab tədbirləri görməyə davam edərsə, bu Çin üçün yaxşı olmayacaq”.
Eyni zamanda, o təsdiqləyib ki, Çinə qarşı Amerika gömrük rüsumu dərəcəsi “dünən olduğu kimi – 145 % səviyyəsində qalır”. Livittin sözlərinə görə, əgər digər dövlətlər ABŞ-dən tədarüklərə simmetrik gömrük rüsumları tətbiq etmək yolunu seçsələr, Tramp “daha güclü cavab zərbəsi vurmaq” niyyətindədir.
Oxşar xəbərlər
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb
Tramp Castin Trüdoya xəbərdarlıq edib
Ağ Ev: Tramp Çinlə ticarət razılaşmasına açıqdır
Aİ ticarət nazirləri ABŞ-nin rüsumlarına qarşı cavab tədbirlərini aprelin 7-də təsdiqləyəcək
Makron ABŞ-yə qarşı cavab tədbirlərini istisna etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
