ABŞ-nin ticarət naziri: Cavab rüsumlarını təxirə salmaq niyyətində deyilik
ABŞ-nin ticarət naziri Hovard Latnik Vaşinqton Administrasiyasının aprelin 2-də qarşılıqlı prinsip üzrə elan edilmiş gömrük rüsumları ilə bağlı danışıqlara hazır olduğunu şübhə altına alıb.
Bu barədə "Report" "CBS News" telekanalına istinadən xəbər verir.
"Rüsumlar təxirə salına bilməz. Onlar mütləq bir neçə gün və həftə ərzində qüvvədə qalacaqlar. Bu aydındır", - o, telekanalın efirində bir sıra ölkələrlə danışıqlar aparmaq üçün tariflərin tətbiqini təxirə salmağın mümkünlüyü barədə suala cavab verərkən deyib:
"Prezident (Donald Tramp) qlobal ticarəti yenidən başlatmalıdır" nazir deyib. "Tariflər tətbiq olunacaq. O, (Tramp - red.) bunu elan etdi və zarafat etmədi. Rüsumlar (9 apreldə) tətbiq olunacaq. Əlbəttə ki, onlar təqdim ediləcək", - Latnik ABŞ administrasiyasının digər nümayəndələrinin son günlərdə Vaşinqtonun rüsumların azaldılması və ya ləğvi ilə bağlı danışıqlara başlamaq üçün artıq 50-dən çox ölkədən müraciət aldığını şərh edərkən vurğulayıb.
Ondan hakimiyyətin tariflər səbəbilə amerikalı fermerlərə və ya digər sahələrə hər hansı subsidiya və ya yardım etməyi nəzərdən keçirib-keçirilmədiyi soruşulub. "Bu mövzuda heç bir görüşdə iştirak etmədim", - Latnik vurğulayıb. O, həmçinin izah edib ki, hakimiyyət Hind okeanında pinqvinlərin məskunlaşdığı, yaşayış olmayan Makdonald və Heard adalarına 10 % tariflər tətbiq edib ki, digər ölkələr onları boşluq kimi istifadə edə bilməsinlər.
Oxşar xəbərlər
ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər
Aİ-nin ABŞ rüsumlarına cavab tədbirləri mayda qüvvəyə minəcək
KİV: Şolts ABŞ-yə qarşı cavab rüsumları tətbiq etməyi planlaşdırır
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb
Əllidən çox ölkə ABŞ-yə tarif danışıqları üçün müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












