Tramp: ABŞ və Çinin ticarət sazişi bağlayacağına əminəm
sizinxeber.az xəbər saytı

Tramp: ABŞ və Çinin ticarət sazişi bağlayacağına əminəm


ABŞ və Çin danışıqlar aparır və nəticədə ticarət razılaşması əldə edə bilərlər.

"Sizinxeber.az"un məlumatına görə, belə bir əminliklə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı çıxış edib.

"Ancaq nə vaxtsa, ümid edirəm ki, biz Çinlə razılaşacağıq. Biz Çinlə (bu məsələ ilə bağlı - red) danışıqlar aparırıq", - dövlət başçısı qeyd edib.

O, Çindən gələn məhsullara yüksək gömrük rüsumunun tətbiq edilməsini istəmədiyini vurğulayıb.

"Sədr Sini (Çin Sədri -red) bəyənirəm, onların başlarına belə gəlməsini istəməzdim. Gəmilər mallardan imtina etdikləri üçün üz döndərir, tariflərə görə almaq istəmirlər. Bütün Çində fabriklər bağlanır, çünki biz onların mallarını istəmirik", - Tramp əlavə edib.

Qeyd edək ki, ötən həftə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Szyakun Çin və ABŞ arasında Amerika tərəfinin Çin məhsullarına tətbiq etdiyi tariflərlə bağlı danışıqlar aparmadığını bildirmişdi.

Oxşar xəbərlər

Tramp Çini əlavə 50 %-lik rüsumlarla hədələyib
Ağ ev: ABŞ artıq 130 ölkə ilə gömrük rüsumları üzrə danışıqlar aparır
ABŞ və Çin ticarət məsələlərində hər gün təmasdadırlar
Amerika Çinlə barışmaq istəyir
Tramp Çin mallarına rüsumların azaldılacağını güman edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər