Yelisey Sarayı Rubio və Uitkoffun Ukrayna ilə bağlı görüşünün təfərrüatlarını açıqlayıb
sizinxeber.az xəbər saytı

Yelisey Sarayı Rubio və Uitkoffun Ukrayna ilə bağlı görüşünün təfərrüatlarını açıqlayıb


Fransa Prezidenti Emmanuel Makron ABŞ Dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb.

“Sizinxeber.az” Yelisey Sarayının mətbuat xidmətinə istinadən xəbər verir ki, əsas müzakirə mövzusu Rusiyanın Ukraynaya qarşı müharibəsi olub.

Makron ABŞ rəsmiləri ilə görüşdən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələr apardığını bildirib.

Qeyd olunur ki, tərəflər əsasən müharibənin dayandırılmasına yönəlmiş sülh danışıqlarını müzakirə ediblər. Digər müzakirə mövzusu isə martın 27-də Yelisey Sarayında görüşən Fransa və Böyük Britaniyanın sədrlik etdiyi “qətiyyətlilərin koalisiyası”nın işi olub.

Həmçinin digər aktual məsələlər, o cümlədən Avropa və ABŞ arasında tariflər, eləcə də Yaxın Şərqdə deeskalasiya müzakirə edilib.

Məlumatda qeyd edilir ki, görüşdə Makron, Rubio və Uitkoffdan başqa, Fransanın xarici işlər naziri Jan-Noel Barro və Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonn da iştirak edib.

Qeyd edək ki, dünən ABŞ Dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Parisə səfər ediblər. Onlar aprelin 18-dək orada qalacaqlar.

Oxşar xəbərlər

KİV: Rubio və Uitkoff Fransada Ukrayna, İran və rüsumları müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp və Makron ABŞ ilə Rusiyanın qarşıdakı danışıqlarını müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ dövlət katibi aprelin 16-18-də Parisdə Aİ nümayəndələri ilə Ukrayna məsələsini müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sibiqa və Rubio Ciddədə gözlənilən görüşü müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər