Sibiqa və Rubio Ciddədə gözlənilən görüşü müzakirə ediblər
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri “X”dəki səhifəsində yazıb.
Məlumata görə, tərəflər iki ölkənin nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində gözlənilən görüşünü müzakirə ediblər:
“ABŞ dövlət katibi Marko Rubio ilə telefonla konstruktiv dialoq apardıq, Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında gözlənilən görüşünü müzakirə etdik. ABŞ-ın rəhbərliyi uzunmüddətli sülhə nail olmaq üçün lazımdır”, - nəşr yazır.
Bundan əvvəl Səudiyyə tərəfi martın 12-də Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüşün keçiriləcəyini təsdiqləyib.
Oxşar xəbərlər
Ukrayna XİN rəhbəri ilə ABŞ dövlət katibi arasında telefon danışığı olub
Tramp və Makron ABŞ ilə Rusiyanın qarşıdakı danışıqlarını müzakirə ediblər
Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb
Andrey Sibiqa Blinkenlə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi müzakirə edib
Ukrayna XİN rəhbəri ilə ABŞ dövlət katibinin telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













