Tramp və Makron ABŞ ilə Rusiyanın qarşıdakı danışıqlarını müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Tramp və Makron ABŞ ilə Rusiyanın qarşıdakı danışıqlarını müzakirə ediblər


ABŞ Prezidenti Donald Tramp və fransalı həmkarı Emmanuel Makron Səudiyyə Ərəbistanında Rusiya və Amerika nümayəndə heyətlərinin qarşıdakı görüşünü müzakirə ediblər.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Siyasətçilər telefon danışığı zamanı həmçinin Ukraynadakı vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, Tramp və Makron arasındakı söhbət təxminən 30 dəqiqə davam edib.

Xatırladaq ki, Amerika və Rusiya nümayəndə heyətləri fevralın 18-də Ər-Riyadda görüşəcək və ikitərəfli münasibətlərin bütün kompleksinin bərpası, həmçinin Ukrayna nizamlanmasının müzakirəsinə hazırlıq, habelə ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin görüşünün müzakirə ediləcəyi danışıqlar aparacaqlar.

Səudiyyə Ərəbistanındakı danışıqlarda Vaşinqtonu dövlət katibi Marko Rubio, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts və Amerika liderinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff təmsil edəcək, Rusiya tərəfindən isə müzakirələr üçün Ər-Riyada XİN başçısı Sergey Lavrov və dövlət başçısının köməkçisi Yuri Uşakov gəlib.

Oxşar xəbərlər

KİV: ABŞ və Rusiyanın Ukrayna üzrə danışıqları fevralın 18-də Ər-Riyadda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə vəliəhdi və ABŞ dövlət katibi dünyada təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov Rubio ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
WP: Putin və Tramp telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron Polşa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər