Fransanın kolonizasiya siyasətindən əziyyət çəkən Qvineyada yerli əhali civə ilə zəhərlənir
Fransanın kolonizasiya siyasətindən əziyyət çəkən Qvineyada yerli əhali civə ilə zəhərlənir.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dekolonizasiya: Səssiz İnqilab”(Decolonization: Silent Revolution)” adlı beynəlxalq konfransda çıxış edən Fransız Qvineyasının sosial azadlığı və dekolonizasiyası naminə hərəkatının (MDES) kommunikasiya bölməsinin rəhbəri Luis Qrand Emile deyib.
O, ölkəsindəki acınacaqlı vəziyyəti gündəmə gətirib: “Qvineyada yerli əhali civə ilə zəhərlənmə kimi problemlə üzləşir. Braziliyadan gələn miqrantlar tərəfindən istifadə olunan civə çayları zəhərləyir, bu isə xüsusilə balıqla qidalanan yerli əhali arasında doğuş qüsurları və digər sağlamlıq problemlərinə səbəb olur”.
Luis Qrand Emile Fransanın yerli xalqların hüquqları üzrə BMT Bəyannaməsini qəbul etməsinə baxmayaraq, 169 saylı Konvensiyanı ratifikasiya etmədiyini vurğulayıb. Bu isə Qvineyada yerli xalqların hüquqlarının tanınmamasına, onların yalnız “sakin” statusu ilə məhdudlaşdırılmasına və torpaqdan istifadədə ciddi məhdudiyyətlərlə qarşılaşmasına gətirib çıxarır.
Nümayəndə əlavə edib ki, vəziyyət təkcə sağlamlıq sahəsində deyil, sosial problemlər baxımından da ağırdır. Gənclər arasında intihar hallarının artması, narkotik və alkoqol asılılığı, yaxınlıqda məktəb və tibbi xidmətlərin əlçatan olmaması yerli icmalar üçün ciddi narahatlıq doğurur.
Luis Qrand Emile sonda Fransanı kolonizasiya siyasətinə ciddi yanaşmağa və yerli xalqların hüquqlarına hörmət etməyə çağırıb.
Oxşar xəbərlər
BMT-də BTQ-nin təşkilatçılığı ilə dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu son bir il ərzində 16 beynəlxalq tədbir təşkil edib
Bakı Təşəbbüs Qrupu BMT-nin mənzil-qərargahında beynəlxalq konfrans keçirir
Jaklin Defonten: Fransanın siyasəti nəticəsində Qvadelupada yerli dil işləkliyini itirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
