Jaklin Defonten: Fransanın siyasəti nəticəsində Qvadelupada yerli dil işləkliyini itirib
Fransanın müstəmləkə siyasəti nəticəsində Qvadelupada yerli dil işləkliyini itirib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Qvadelupanın Beynəlxalq Qaradərili Xalqlar Komitəsinin (ICBN) rəhbəri Jaklin Defonten Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Fransa müvafiq qanun qəbul etməklə müstəmləkə altındakı əhalinin xalq statusunu əlindən alıb:
"Biz indi sadəcə, əhali adlandırılırıq. Ancaq hüquqlarımızı bərpa etməyə çalışırıq. Deportasiyaya məruz qalan xalqların hüquqlarının təmin edilməsini istəyirik. Fransa bizim afrikalılığımızı əlimizdən almağı hədəfləyib. Hətta uşaqlarımıza Afrika mənşəli adlar qoymağımıza da imkan vermirdilər".
J.Defonten vurğulayıb ki, hazırda Qvadelupada yerli dil öz işləkliyini itirib:
"Biz fransız dilindən istifadə etməyə məcbur olunuruq. Adada fransızca danışmayanlar cəzalandırıla bilər.
Uzun müddətdir çalışırıq ki, mədəniyyətimiz tanınsın. Bütün bunlar üçün digər koloniya əraziləri ilə də birlikdə çalışırıq".
Oxşar xəbərlər
Beynəlxalq konfransın iştirakçısı: Qvadelupa əhalisi adada fransız dilinin rəsmiləşdirilməsinə qarşıdır
Jean-Jacob Bicep: Qvadelupada fransız dilinin rəsmiləşdirilməsinə qarşıyıq
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir
Dominik Monte: Fransız Qvianasında təhsil sistemi yerli xalqın assimilyasiyası alətinə çevrilib
Fransua Benedetti: Korsika Fransanın siyasəti üzündən keçmişindən və indisindən məhrum edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
