Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu son bir il ərzində 16 beynəlxalq tədbir təşkil edib
Son bir neçə ayda paytaxt Bakı müstəmləkəçilikdən əziyyət çəkən xalqların və ölkələrin azadlıq mübarizəsi ilə bağlı beynəlxalq konfranslara ev sahibliyi edir. Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən əzilən xalqların azadlıq uğrunda mübarizələrinə dəstək verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov sentyabrın 3-də Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda söyləyib.
A.Abbasov Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Qəmər adları və Mayot adasının tarixindən, azadlıq mübarizəsindən danışıb, bəzi statistik rəqəmləri səsləndrib.
Diqqətə çatdırılıb ki, Bakı Təşəbbüs Qrupu Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ-nun təşkilatçılığı ilə son 1 il ərzində 16 beynəlxalq tədbir keçirilib.
İcraçı direktor bu konfransın Mayot adasının azadlıq mübarizəsinə də dəstək verəcəyindən əminliyini ifadə edib.
Oxşar xəbərlər
BTQ-nin təşəbbüsü ilə keçirilən konfransda “Mayot mübarizəsi” adlı videomaterial nümayiş etdirilib
Bakıda “Mayot. Ölüm adası” adlı film təqdim ediləcək
Sabiq səfir: Fransanın kolonializm siyasəti Mayot adasında bir çox insanın ölümünə səbəb olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
