Bakı Təşəbbüs Qrupu BMT-nin mənzil-qərargahında beynəlxalq konfrans keçirir
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Afrikaəsilli xalqların daimi forumunun IV sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə “Dekolonizasiya: Səssiz İnqilab”(Decolonization: Silent Revolution)” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
“Report”un ABŞ bürosu xəbər verir ki, konsfrans BTQ-nin icraçı direktoru Abbas Abbasovun moderatorluğu ilə keçirilir.
Konfransda dənizaşırı ərazilərdə - Qvadelupa, Martinik, Kanaki (Yeni Kaledoniya), Sen Martin, Reyunyon, Boneyra, Aruba, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvineyasında fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təmsilçiləri, insan haqları müdafiəçiləri, siyasətçilər, dekolonizasiya üzrə ekspertlər, o cümlədən Fransanın keçmiş müstəmləkələrindən olan nümayəndələri iştirak edir.
Qeyd edək ki, beynəlxalq konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyata düşüb.
Oxşar xəbərlər
BMT-də BTQ-nin təşkilatçılığı ilə dekolonizasiyaya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
BTQ-in icraçı direktoru: “Dekolonizasiya problemi kollektiv səylər tələb edir”
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir
Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
