Ukrayna XİN başçısı: Kiyev Vaşinqtonla nadir torpaq metalları üzrə razılaşmanı hazırlayıb
Ukrayna artıq nadir torpaq metalları üzrə ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb və danışıqlar üçün Vaşinqtona gedəcək qrup yaradır.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiha “Ukrinform”a şərhində bildirib.
"Ukrayna tərəfi, nəhayət, danışıqlar qrupunun tərkibini təsdiq edəcək, o, tezliklə ABŞ-nin təklif etdiyi sazişin mətninin əsaslı müzakirəsi üçün Vaşinqtona yola düşəcək. Biz artıq öz mövqeyimizi, eləcə də gələcək sazişin mətni ilə bağlı baxışımızı işləyib hazırlamışıq", – o deyib.
Nazir vurğulayıb ki, gələcək saziş qarşılıqlı faydalı olmalı, hər iki tərəfin maraqlarına cavab verməli, Ukraynanın Avropaya inteqrasiya kursuna zidd olmamalıdır: “Bu, Ukrayna tərəfi üçün fundamental mövqelərdən biridir”.
Sibiha həmçinin danışıqlar prosesini müşayiət etmək üçün aparıcı hüquq firmalarından birinin seçiləcəyini təsdiqləyib.
Onun sözlərinə görə, Vaşinqtona gedəcək nümayəndə heyətinə Ukrayna XİN-in nümayəndəsi də daxil olacaq.
Xatırladaq ki, fevral ayında Ukrayna və ABŞ nadir torpaq metallarına dair sazişi müzakirə etməyə başlayıblar. O vaxtdan bəri hər iki tərəf həm Kiyevə, həm də Vaşinqtona uyğun şərtlər üzərində işləyir.
Oxşar xəbərlər
Vaşinqton və Kiyev nadir metalların hasilatı sazişinin müzakirəsində irəliləyiş əldə edib
Rusiya və ABŞ nadir torpaq metalları üzrə danışıqlara başlayıb
KİV: Ukrayna ABŞ-yə faydalı qazıntılar müqabilində yardım təklifi üzərində işləyir
KİV: Ukrayna və ABŞ nadir torpaq mineralları sazişi ilə bağlı onlayn görüş təşkil edib
Ukrayna heyəti təbii ehtiyatlarla bağlı danışıqlar üçün həftə sonu ABŞ-yə səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
