sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Vaşinqton və Kiyev nadir metalların hasilatı sazişinin müzakirəsində irəliləyiş əldə edib
Vaşinqton və Kiyev Ukraynanın nadir torpaq metallarının hasilatı ilə bağlı sazişin müzakirəsində irəliləyiş əldə ediblər.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “Fox News” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Ukrayna metalları üzrə saziş müsbət istiqamətdə irəliləyir.
M.Uolts bildirib ki, bu, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı "danışıqlara doğru bir addımdır".
Trampın müşaviri həmçinin bildirib ki, əgər danışıqlar məsələsi (Ukrayna problematikası üzrə) tam həll olunarsa, Vaşinqton Ukraynaya hərbi yardımı bərpa edə bilər.
Oxşar xəbərlər
Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək
Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik
Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib
ABŞ Ukrayna ilə faydalı qazıntılar üzrə sazişi bərpa etməyə hazırdır
ABŞ Ukrayna üzrə planın hazırlanmasını yaxın vaxtlarda başa çatdıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













