KİV: Ukrayna və ABŞ nadir torpaq mineralları sazişi ilə bağlı onlayn görüş təşkil edib
sizinxeber.az xəbər saytı

KİV: Ukrayna və ABŞ nadir torpaq mineralları sazişi ilə bağlı onlayn görüş təşkil edib


Ukrayna və ABŞ nadir torpaq mineralları sazişi ilə bağlı texniki xarakterli onlayn görüş keçirib.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu, Ukrayna və ABŞ arasında qalıq yanacaqlar üzrə sazişlə bağlı texniki xarakterli onlayn görüş idi: "Orada deputatlar, hüquqşünaslar, bəzi rəsmilərimiz var idi".

Qeyd edək ki, Kiyev və Vaşinqton nadir torpaq ehtiyatlarına dair çərçivə sazişini bu ilin fevralında imzalamalı idi. Lakin Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında yaranan mübahisəyə görə bu, baş tutmayıb. Sonradan məlum olub ki, Vaşinqton artıq Kiyevə yeraltı sərvətlərlə bağlı yeni saziş layihəsi təqdim edib. Bununla belə, Zelenski bildirib ki, təhvil verilən saziş əvvəlki kimi çərçivə deyil, artıq tamhüquqludur. Mətbuat Ukraynanın bu həftə ABŞ-nin sənədinə öz düzəlişləri ilə cavab verəcəyini bildirib.

Oxşar xəbərlər

Tramp: Ukrayna istənilən vaxt resurslarla bağlı sazişi imzalamağa hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqton və Kiyev nadir metalların hasilatı sazişinin müzakirəsində irəliləyiş əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Ukraynanın yeraltı sərvətləri ilə bağlı sazişi imzalamaq üçün fevralın 28-də ABŞ-yə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Ukrayna ABŞ ilə nadir metallar barədə sazişinə düzəlişlər edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Ukrayna və ABŞ inauqurasiyadan sonra Trampla görüş üzərində işləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər