Myanmada zəlzələ səbəbindən Tailandda məktəblər bağlanıb
sizinxeber.az xəbər saytı

Myanmada zəlzələ səbəbindən Tailandda məktəblər bağlanıb


Bu gün Myanmada baş verən zəlzələ səbəbindən Tailandda məktəblər təhlükəsizlik məqsədilə bağlanıb.

“Report” “Nation” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Phethonqthan Çinavat məlumat verib.

"Biz ictimaiyyəti sakitliyi qorumağa və sayıq olmağa çağırırıq. Məktəblər şagirdlərin təhlükəsizliyi məqsədilə vaxtından əvvəl bağlanıb", - o bildirib.

KİV-in məlumatına görə, Tailandın aviasiya tənzimləyicisi Myanmada baş verən zəlzələdən sonra ölkənin bütün hava limanlarına uçuşları qadağan edib.

Tailandın Mərkəzi Bankı bildirib ki, ölkənin bankları müştərilərə məhdud xidmətlər göstərə bilər, ödəniş sistemləri isə işləməyə davam edir.

Bundan başqa, zəlzələdən sonra Tailand hərbçiləri əhaliyə yardım göstərmək üçün cəlb olunub.

Qeyd edək ki, bu gün Myanma ərazisində 7,7 maqnitudalı zəlzələ baş verib, təkanlar beş qonşu ölkədə, o cümlədən Tailandda hiss edilib.

Oxşar xəbərlər

Myanmada yenidən zəlzələ olub, dağıntılar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tailandda güclü zəlzələ nəticəsində 1 nəfər ölüb, 43 nəfər dağıntılar altında qalıb- VİDEO - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələ nəticəsində məscid və monastır uçub, 16 nəfər ölüb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tailandda 350-dən çox məktəb bağlanıb, insanlara evdən işləmək tövsiyə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada 7,7 bal gücündə zəlzələ baş verib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər