Myanmada zəlzələ nəticəsində məscid və monastır uçub, 16 nəfər ölüb - YENİLƏNİB-2
Bu gün Myanmada baş verən güclü zəlzələdən sonra Mandalayda məscidin uçması nəticəsində ən azı 10 nəfər həlak olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə yerli “Khit Thit” nəşri məlumat yayıb.
Bundan başqa, Myanmada monastır binasının uçması nəticəsində beş uşaq və rahibliyə hazırlanan bir nəfər həlak olub.
Myanmada yenidən 6,4 maqnitudalı zəlzələ olub.
“Sizinxeber.az” xəbər verir ki, Çinin Seysmologiya İdarəsinin məlumatına əsasən, yeni təkanlar maqnitudası 7,9 qiymətləndirilən ilk zəlzələdən 12 dəqiqə sonra baş verib.
Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolara əsasən, bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün təxminən beş aşırımı zəlzələ nəticəsində uçub.
Axtarış-xilasetmə işləri başlayıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib.
Zəlzələnin hiposentri 30 km dərinlikdə yerləşib.
Oxşar xəbərlər
Myanmada yenidən zəlzələ olub, dağıntılar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqkokda zəlzələ nəticəsində bina uçub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada 5,2 maqnitudada zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqkokda zəlzələ nəticəsində uçan binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada “Yaqi” qasırğası 74 nəfərin həyatına son qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi














