Suriya hakimiyyəti Tartusda qarşıdurmalara görə komendant saatı tətbiq edib
sizinxeber.az xəbər saytı

Suriya hakimiyyəti Tartusda qarşıdurmalara görə komendant saatı tətbiq edib


Suriyanın yeni hökumətinə tabe olan İctimai Təhlükəsizlik İdarəsi ölkənin qərbindəki bir sıra bölgələrdə keçmiş prezident Bəşər Əsəd tərəfdarları ilə silahlı toqquşmalarla əlaqədar Tartus şəhərində komendant saatı tətbiq etmək qərarına gəlib.

“Report” xəbər verir ki, bəyanatın mətnini Suriyanın “Al Watan” qəzeti yayıb. 

"Tartus şəhərinin İctimai Təhlükəsizlik İdarəsi bu gün saat 22:00-dan cümə günü səhər saat 10:00-a qədər ümumi komendant saatı tətbiq edildiyini elan edib", - məlumatda bildirilib. 

Qeyd edək ki, ötən gün Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən silahlı qruplar Latakiya vilayətində hərbi obyektlərə hücum ediblər. Suriyanın yeni hökumətinin dövlət təhlükəsizlik idarəsinin azı 13 əməkdaşı silahlılarla toqquşmalarda həlak olub.

Oxşar xəbərlər

KİV: Suriyanın bəzi şəhərlərində komendant saatı tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dəməşqdə komendant saatı tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Ceblada toqquşma zamanı azı 13 Suriya hərbçisi həlak olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dəməşqdə komendant saatı ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Los-Ancelesdə komendant saatı tətbiq ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər