KİV: Ceblada toqquşma zamanı azı 13 Suriya hərbçisi həlak olub - YENİLƏNİB
Suriyanın Cebla şəhərində ölkənin keçmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarları ilə toqquşmalarda yeni hökumətin dövlət təhlükəsizlik idarəsinin azı 13 əməkdaşı həlak olub.
“Report” xəbər verir ki, bu barədə Suriyanın "Syria TV" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Ceblada ölkənin təhlükəsizlik qüvvələri ilə qruplaşma üzvləri arasında silahlı toqquşmalar hələ də davam edir. Məlumata görə, Suriya ordusu silahlılara qarşı mübarizə aparmaq üçün əlavə qüvvələr toplayır.
Suriyanın SANA xəbər agentliyi Qətərin “Əl-Cəzirə” telekanalının operatorunun döyüşləri işıqlandırarkən yaralandığını bildirib. Agentliyin məlumatına görə, Suriyanın keçmiş prezidentini dəstəkləyən silahlı qruplaşmalar Latakiya vilayətinin Beyt Ana bölgəsində hərbi obyektlərə, həmçinin Suriya Müdafiə Nazirliyinə məxsus maşınlara hücum ediblər.
Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən silahlı qüvvələr Cəblə şəhəri yaxınlığında Suriyanın yeni hökumətinin təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücum edib.
“Report” xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Məlumata görə, bir qrup Əsəd tərəfdarı Suriyanın yeni administrasiyasının Dövlət Təhlükəsizlik İdarəsinin blokpostlarından birinə hücum edib.
Ölən və yaralananlar barədə hələ məlumat yoxdur.
Xatırladaq ki, 2024-cü il noyabrın sonunda silahlı müxalif birləşmələr Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, prezidenti Bəşər Əsəd ölkəni tərk edib. 2025-ci il yanvarın sonlarında Suriyanın yeni hökuməti Suriya müxalifətinin lideri Əhməd əl-Şaraanın keçid dövründə ölkə prezidenti vəzifəsini icra edəcəyini açıqlayıb.
Oxşar xəbərlər
KİV: Suriya hökuməti Bəşər Əsədin dayısı oğlunu saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa Suriyanın keçmiş prezidenti Əsədin həbsinə yeni order verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada silahlı toqquşma nəticəsində azı 13 təhlükəsizlik əməkdaşı öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyada Əsəd tərəfdarları ilə silahlı toqquşmada azı 13 təhlükəsizlik əməkdaşı öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












