Kanada Çin istehsalı olan “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək
Kanada hakimiyyətinin Çin elektrik avtomobillərinin idxalına 100% rüsum tətbiq etmək qərarı Çində istehsal olunan “Tesla” avtomobillərinə də təsir edəcək.
“Report” xəbər verir ki, bu barədə Kanada hökumətindəki mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Ottavanın bu qərarından əvvəl “Tesla”nın Kanada hökumətinə məhsullarının rüsumlarının azaldılması xahişi ilə müraciət etdiyi iddia edilir. Çinə tətbiq edilən tariflərə nəzarət edən Kanada baş nazirinin müavini Kristia Frilandın ofisi şərh verməkdən imtina edib.
CBC telekanalının verdiyi məlumata görə, Şanxayda istehsal olunan “Tesla” elektrik avtomobilləri Sakit okeandakı Vankuver limanı vasitəsilə Kanadaya tədarük edilir.
Söhbət şirkətin ən məşhur brendlərindən - Model 3 sedanından və Model Y krossoverindən gedir.
Oxşar xəbərlər
“Tesla” təhlükəsizlik problemlərinə görə 1,6 milyondan çox avtomobili geri çağıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
