sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
DİN rəhbəri: Polşa miqrantları qəbul etməyəcək
Polşa nə miqrantları qəbul edəcək, nə də bunun üçün cərimələr ödəyəcək.
“Report” xəbər verir ki, bunu respublikanın daxili işlər naziri Tomaş Semonyak “RadioZet” radiostansiyasının efirində bildirib.
"Bizim mövqeyimiz birmənalıdır. Biz miqrasiya paktının əleyhinəyik və Polşaya miqrantların köçürülməsinə razı olmayacağıq. Onları qəbul etməkdən imtina etdiyimizə görə cərimə də ödəməyəcəyik", - nazir qeyd edib.
Avropa İttifaqının (Aİ) miqrasiya paktına əsasən, əgər hansısa bir ölkə miqrantları qəbul etmək istəmirsə, onların hər biri üçün 20 min avro ödəməlidir.
Oxşar xəbərlər
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcək
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcəyik
Mask Orbanın qanunsuz miqrantları Brüsselə göndərmək ideyasını dəstəkləyib
ABŞ qanunsuz miqrantları daşıyan təyyarəni Hindistana göndərib
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













