ABŞ qanunsuz miqrantları daşıyan təyyarəni Hindistana göndərib
sizinxeber.az xəbər saytı

ABŞ qanunsuz miqrantları daşıyan təyyarəni Hindistana göndərib


ABŞ hakimiyyəti hərbi nəqliyyat aviasiyasından istifadə edərək qanunsuz miqrantları Hindistana deportasiya edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Miqrantları daşıyan C-17 tipli hərbi təyyarə 24 saatdan gec olmayaraq Hindistana enəcək.

Bundan əvvəl ABŞ qanunsuz miqrantları Qvatemala, Peru və Hondurasa göndərmək üçün hərbi nəqliyyat aviasiyasından istifadə edib.

Ağ Evin mətbuat katibi Kerolin Livitt yanvarın sonunda ABŞ-də qanunsuz miqrantların deportasiyası ilə bağlı reydlərinin başladığını bildirmişdi.

ABŞ Prezidenti Donald Tramp ölkədən ilk növbədə qatı cinayətkarlar arasından olan qanunsuz miqrantların çıxarıldığını bəyan edib.

Oxşar xəbərlər

ABŞ göyərtəsində qeyri-qanuni miqrantlar olan təyyarələri Hindistana göndərib
ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır
Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
Meksika Prezidenti: ABŞ-dən deportasiya olunan miqrantları qəbul etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər