Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, Misir Prezidentinin təbrik məktubunda deyilir:
"Zati-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar günü Sizinlə birlikdə qeyd edərkən, Misir və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, dost xalqlarımızın mənafeyinə uyğun olaraq ortaq maraq doğuran müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində Sizinlə sıx əməkdaşlıq etməyə sadiq qaldığımı bir daha təsdiqləyirəm.
Hörmətli cənab Prezident, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
Oxşar xəbərlər
Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
İƏT-in Baş katibi Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycan Prezidentini təbrik edib
İlham Əliyev misirli həmkarını təbrik edib
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
