Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
Britaniya Daxili İşlər Nazirliyinin (DİN) rəsmiləri Ruandaya deportasiya etməyi planlaşdıran qanunsuz miqrantları saxlamağa başlayıb.
"Report"un məlumatına görə, bu barədə DİN rəhbəri Ceyms Kleverli bildirib.
"Xüsusi bölmələrimiz Ruandaya uçuşlar həyata keçirə bilməmiz üçün burada qalmaq hüququ olmayanları tez bir zamanda saxlamaq üçün fəal şəkildə işləyir", - nazir deyib. "Bizim tərəfdaşlığımız miqrantları La-Manş vasitəsilə ölümcül kanallararası səyahətdən çəkindirəcək", - o deyib.
Qanunsuz mühacirlərin müvəqqəti saxlanılması üçün hazırlanmış mərkəzlərdə 2,2 minə qədər insan saxlanıla bilər. Britaniya hökumətinin planlarına görə, saxlanılanların Ruandaya kütləvi deportasiyası 9-11 həftə sonra başlayacaq.
Oxşar xəbərlər
Böyük Britaniya 2024-cü ildə Şimali Avropada 20 mindən çox hərbçi yerləşdirəcək
Britaniya ordusu üçün yeni döyüş maşınları hazırlanır
Tunis sahillərində 2,6 mindən çox miqrant xilas edilib
Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi
Britaniya Parlamentində Azərbaycanla Ermənistanın birgə bəyanatına dəstək ifadə olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













