Ermənistanda mis-molibden kombinatının işçiləri maaşlarının artırılmasını tələb edirlər
Ermənistanda Zəngəzur mis-molibden kombinatının işçiləri artıq ikinci gündür ki, əməkhaqqının 50 % artırılması tələbi ilə aksiya keçirirlər.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistanın mədənçilər, metallurqlar və zərgərlərin həmkarlar ittifaqları respublika birliyinin sədri Eduard Paxlevanyan müəssisəyə gələrək bildirib ki, işçilər kombinatın rəhbərliyinə öz tələbləri barədə məlumat verməyib və tətil edəcəkləri ilə bağlı xəbərdarlıq etməyiblər.
"İndi biz bu işçilərin şirkət rəhbərliyi ilə görüşünü təşkil etmək istəyirik. Əgər rəhbərlər imtina etsə, biz işçilərə tətilin qanuni sayılması üçün hansı tələblərin yerinə yetirilməli olduğunu izah edəcəyik", - o əlavə edib.
Sədrin sözlərinə görə, təxminən 200 nəfər işə çıxmayıb.
Oxşar xəbərlər
Hindistanda “Samsung” şirkətinin tətil edən 250-yə yaxın işçisi saxlanılıb
“Volkswagen”in işçiləri ixtisarlara qarşı tətil edəcəklər
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib
Çilidə dünyanın ən böyük mis mədənində çalışan işçilər tətilə başlayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
